Bu il Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarına 160 minə yaxın turist səfər edib

Bu il Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarına 160 minə yaxın turist səfər edib
# 07 iyul 2017 12:53 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarına ümumilikdə 157502 turist səfər edib. Bunlardan 99694 nəfəri yerli, 57808 nəfəri isə xarici turistdir.

Bu barədə APA-ya İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, rayonlar üzrə ən çox turist Qəbələyə üz tutub.

“Onların sayı 95 min 480 nəfər olub. Bu müddətdə Şamaxını 32 min 230, İsmayıllını 23 min 517, Qobustan rayonunu isə 6 min 275 turist ziyarət edib. Xarici turistlərin əsas hissəsini isə Türkiyə, Rusiya, Koreya, ümumilkdə Avropa, Orta Asiya və ərəb ölkələrindən gələnlər təşkil edib. ”, - deyə, qurumun mətbuat xidmətindən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR