Gədəbəydə avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Gədəbəydə avtomobil aşıb, 3 nəfər xəsarət alıb
# 12 may 2018 12:25 (UTC +04:00)

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, rayonun Əyləvəng kəndində hərəkətdə olan UAZ markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan Əyləvəng kənd sakini, 1969-cu il təvəllüdlü Həsənov Zeynal Cahan oğlunun vəziyyəti ağır, 1966-cı il təvəllüdlü İsmayılov Tofiq Cahan oğlunun vəziyyəti isə orta ağırdır.

Bir nəfər qadın sərnişinin vəziyyəti isə normal qiymətləndirilir. Məlumata görə, onlar yaxın qohumlarının yas mərasiminə gedərkən qəzaya düşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR