Holdinq: TANAP-ın fəaliyyətə başlaması qazı ucuzlaşdıracaq

Holdinq: TANAP-ın fəaliyyətə başlaması qazı ucuzlaşdıracaq
# 16 fevral 2017 07:54 (UTC +04:00)

"Türk axını" və TANAP layihələrinin tikintisi başa çatdıqdan və bu boru xətləri vasitəsilə qaz nəqli başladıqdan sonra Türkiyənin qaz idxalı 80 mlrd. kubmetrə çatacaq. "APA-Economics" xəbər verir ki, bunu "Zorlu Holding"in enerji qrupunu rəhbəri Sinan Ak bildirib.

Onun sözlərinə görə, hazırda bu rəqəm təxminən 55 mlrd. kubmetr təşkil edir: "Adları çəkilən layihələrə İsrail qazını da əlavə etsək Türkiyə üzərindən nəql olunacaq təbii qazın həcmi 90 mlrd. kubmetrə çatacaq. Bu həcmdə təbii qaz mütləq qiymətlərin azalmasına səbəb olacaq".

"İsrail qazı Türkiyəyə nə vaxt gələcək" sualına cavabında isə qrup rəhbəri qeyd edib ki, "indiki durum dünənkindən daha asandır və o günü çox gözləməyə ehtiyac olmayacaq".

TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il

tarixində imzalanıb. TANAP-ın inşası Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 km təşkil edir. Boru 2018-ci ildə fəaliyyətə başlayacaq. TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir (illik 31 mlrd. kubmetrədək artırıla bilər).


TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək. TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.

2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9,2 mlrd. dollar təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6,1 mlrd. dollardır. Bu məbləğə 100% pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58%+5% payın maliyyələşdirməsi daxildir.

Layihənin səhmdarları: SOCAR (58%), BOTAŞ (30%) və BP (12%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR