“Bank Technique”də ipoteka ödənişləri daha bir banka yönəldilib

“Bank Technique”də ipoteka ödənişləri daha bir banka yönəldilib
# 14 avqust 2015 07:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bank Technique” ASC-dən ipoteka krediti götürən müştərilərin ödənişləri rahat həyata keçirə bilməsi üçün daha bir müvəkkil bank seçilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq “Bank Technique”də ipoteka krediti olan şəxslər, ödənişləri “Caspian Development Bank” vasitəsi də ödəyə biləcək.

Bununla da, “Bank Technique”dəki ipoteka ödənişlərinin yönəldildiyi bankların sayı 3-ə çatıb. Belə ki, “Bank Technique” ipoteka ödənişləri ilə bağlı elektron hökumət portalına (APUS sistemi) qoşulmadığından bir qədər əvvəl “Dəmirbank” və “Nikoilbank vasitəsilə ipoteka ödənişlərinin qəbul edilməsi ilə bağlı qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR