Ukraynada yeddi ayda 704 nəfər suda boğulub

Ukraynada yeddi ayda 704 nəfər suda boğulub
# 29 iyul 2018 15:43 (UTC +04:00)

Bu ilin əvvəlindən indiyə qədər Ukraynada 704 nəfər suda boğulub.

APA-nın "unian.net" saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Suda həyatını itirənlərin 70-i uşaqdır. Təkcə iyul ayında 189 ukraynalı suda boğulub.

Xilasedicilər bu ilin ötən dövrü ərzində 103-ü uşaq olmaqla, 561 nəfəri xilas ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR