"Böyük güclər bir zaman Türkiyənin Ermənistanın sərhədinin açılmasına çalışdı. Dağlıq Qarabağın, Azərbaycan torpaqlarının işğal altında olduğu bir dönəmdə bu, yolverilməz idi".
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə Çukurova Bələdiyyələr Birliyinin nümayəndə heyəti ilə görüşdə deyib.
Ə. Həsənov bildirib ki, Azərbaycan o dövrdə bu böyük güclərin təzyiqinə yetərli reaksiya verməyən Türkiyənin bəzi dövlət xadimlərindən də inciyib: "Ancaq türk xalqı bu məsələdə dirənişini ortaya qoydu və böyük güclərin planı boşa çıxdı. Türk xalqının dirənişi xalqımızın qəlbində kök atıb. Bu sevgini Azərbaycan xalqı heç vaxt unutmayacaq. Türkiyədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, xalqın iraləsi Türkiyə-Azərbaycan münasibətlərini müəyyənləşdirir. Azərbaycan xalqının qəlbində Türkiyəyə böyük məhəbbət var".
Əli Həsənov: "Türk xalqının dirənişi böyük güclərin planını boşa çıxardı"
08 noyabr 2017 15:54 (UTC +04:00)
Xarici siyasət
Ceyhun Bayramov İƏT-in Qida Təhlükəsizliyi üzrə baş direktoru ilə görüşüb
22:46
4 may 2024
Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlər müzakirə olunub - FOTO
22:21
4 may 2024
İƏT-in XVI İslam Sammiti Azərbaycanda keçiriləcək
22:03
4 may 2024
Ceyhun Bayramov banqladeşli həmkarı ilə görüşüb - FOTO
21:59
4 may 2024