ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
# 08 sentyabr 2015 01:07 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Şimali Karolina ştatında Beechcraft A36 yüngül motorlu təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

APA-nın TASS agentliiynə istinadən verdiyi məlumata görə, insident Kernersvill şəhəri yaxınlığında qeydə alınıb.

Florida ştatından havaya qalxan təyyarə Şimali Karolinada yerə enməli imiş.

Qeyd olunur ki, qəzadan bir neçə dəqiqə əvvəl təyyarənin pilotu aviadispetçerlə əlaqə yaratmağa çalışıb.

Qəzanın başvermə səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR