Masallıda “Piter Elçin”in qardaşına 25 atəş açılıb - RƏSMİ

Masallıda “Piter Elçin”in qardaşına 25 atəş açılıb - <span style="color: red;">RƏSMİ
# 22 dekabr 2016 08:59 (UTC +04:00)

Daxili İşlər Nazirliyi ötən gün Masallıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. O, könüllü Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib.

Hadisə yerinə baxış zamanı 25 ədəd giliz aşkarlanıb. Faktla əlaqədar cinayət işi başlanıb.

Məlumata görə, qətlə yetirilən şəxs lənkəranlı kriminal aləmdə "Piter Elçin" kimi tanıan qardaşıdır.

Qeyd edək ki, bu il iyunun 20-də Sankt-Peterburqun “Sofiya” tərəvəz bazasında “Piter Elçin”in 43 yaşlı qardaşı Maarif İsmayılov da 27 yaşlı azərbaycanlı killer Emil Hüseynov tərəfindən əldəqayırma tapança ilə güllələnərək qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR