Bu gündən uşaq teleradio proqramlarında reklamlara dair məhdudiyyət tətbiq olunur

Bu gündən uşaq teleradio proqramlarında reklamlara dair məhdudiyyət tətbiq olunur
# 01 yanvar 2020 03:27 (UTC +04:00)

2020-ci il yanvarın 1-dən uşaqlar üçün kino və video xidmətlərinin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı “Reklam haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR