FHN: Sabunçuda yanğın zamanı 35 nəfər təxliyə, 2 nəfər xilas edilib - YENİLƏNİB-1

FHN: Sabunçuda yanğın zamanı 35 nəfər təxliyə, 2 nəfər xilas edilib - <span style="color: red;">YENİLƏNİB-1
# 31 may 2018 14:44 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Sabunçu rayonunda baş vermiş yanğın barədə növbəti məluat yayıb.

FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 21 p.m yanıb.

Hadisə zamanı 35 nəfər bina sakini təxliyə olunub.

Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib.

Vəziyyətləri normaldır.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

14.15

Bakıda çoxmərtəbəli binada yanğının qarşısı alınıb.

FHN-dən APA-ya verilən məlumata görə, Bakının Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.​

***

13.52

Bakı şəhərinin Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Əlavə məlumat veriləcək.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR