Nyu-Yorkda sürücü iki nəfəri bıçaqlayıb, daha sonra avtomobili piyadalara çırpıb

Nyu-Yorkda sürücü iki nəfəri bıçaqlayıb, daha sonra avtomobili piyadalara çırpıb
# 04 dekabr 2017 00:58 (UTC +04:00)

ABŞ-ın Nyu-York şəhərində avtomobil dayanacaqlarından birində bıçaqla silahlanmış şəxs iki nəfərə hücum edib, daha sonra avtomobilə minərək, yaxınlıqda duran piyadaları vurub. APA-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti kritikdir.

Polislər sürücünü saxlayıb.

Məlumata görə, insidentə mübahisə səbəb olub. Piyadaların münaqişənin iştirakçısı olub-olmaması barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR