Şirvan sakinindən 15 kiloqramdan çox narkotik götürülüb

Şirvan sakinindən 15 kiloqramdan çox narkotik götürülüb
# 09 sentyabr 2015 09:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə – APA. Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 14 kiloqram 500 qram olan 27 ədəd çətənə kolu, habelə həyətində və evində gizlətdiyi ümumi çəkisi 1 kiloqram 997 qram marixuana aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR