Obama Fidel Kastronun ölümü ilə bağlı başsağlığı verib

Obama Fidel Kastronun ölümü ilə bağlı başsağlığı verib
# 26 noyabr 2016 18:51 (UTC +04:00)

ABŞ prezidenti Barak Obama Kubanın sabiq lideri Fidel Kastronun ölümü ilə bağlı başsağlığı verib.

APA-nın “RİA Novosti”yə iatinadən verdiyi xəbərə görə, bu barədə Barak Obamanın bəyanatında bildirir.

“Fidel Kastonun vəfat etdiyi an biz Kuba xalqına dostluq əlimizi uzadırıq. Tarix bu şəxsin ətrafındakı insanlara və bütün dünyaya böyük təsiri haqqında yazacaq və mühakimə edəcək”, - deyə Obama bəyanatında bildirib.

“Bu gün biz Fidel Kastronun ailəsinə başsağlığı bildiririk və Kuba xalqı üçün dua edirik. Sonrakı günlərdə onlar keçmişi yada salacaqlar və gələcəyə baxacaqlar. Bunu edərkən Kubu xalqı bilməlidir ki, ABŞ onların dostu və tərəfdaşıdır”, - deyə bəyanatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR