Sakinlər tapdıqları silah-sursatı təhvil veriblər

Sakinlər tapdıqları silah-sursatı təhvil veriblər
# 05 noyabr 2016 09:23 (UTC +04:00)

Abşeron və Naxçıvan sakinləri tapdıqları silah-sursatı təhvil veriblər.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Abşeron rayon sakini Elsevər Əhmədov Yasamal rayonunun İzmir küçəsində söküntü işləri apararkən tapdığı alışqansız "F-1" qumbarasını, Yasamal rayonu ərazisində yaşayan Xalid Ağayev isə evinin qarşısında olan tikilidən tapdığı "RPK" markalı pulemyotu 27-ci PB-yə təhvil verib.

Babək rayon sakini Həsən Əjdərov isə tapdığı "Mauser" və "Savage Quality" markalı tapançaları və 72 ədəd müxtəlif çaplı patronu Naxçıvan MR DİN-ə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR