DİN alimin avtomobillə vurularaq öldürülməsi barədə məlumat yayıb

DİN alimin avtomobillə vurularaq öldürülməsi barədə məlumat yayıb
# 07 avqust 2015 09:27 (UTC +04:00)

APA-nın DİN-nin saytına istinadən xəbərinə görə, avqustun 6-da saat 16.00 radələrində Yasamal rayonunun H.Cavid prospektində Bakı şəhər sakini Ruslan İsmayılov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Seyid Nisə Seyid Rzayevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, S.Seyidrzayeva AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi, alimdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR