Ermənistan Dağlıq Qarabağa 20 milyon dollar "kredit" ayırıb

Ermənistan Dağlıq Qarabağa 20 milyon dollar "kredit" ayırıb
# 18 avqust 2015 11:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistan hökuməti Dağlıq Qarabağdakı oyuncaq rejimə təxminən 20 milyon dollar "kredit" ayıracağını açıqlayıb.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu barədə qərar Ermənistan Nazirlər Kabinetinin 18 avqust tarixli iclasında qəbul olunub.

Ermənistan maliyyə nazirinin müavini Armen Alaverdyan bildirib ki, vəsait 2015-ci ilin 3-cü rübündə təqdim ediləcək və son ödəmə tarixi kimi 2020-ci ilin 10 sentyabr tarixi göstəriləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR