Bakı. Musa Əhmədov - APA-Economics. Neftin ucuzlaşması neft hasilatı ilə məşğul olan ölkə kimi, Azərbaycan iqtisadiyyatına bütövlükdə mənfi təsir edib.
"APA-Economics" xəbər verir ki, bu barədə "Moody`s" beynəlxalq reytinq agentliyinin yaydığı Azərbaycanın bank sistemi ilə bağlı proqnozunda ("Banking System Outlook: Azerbaijan") bildirilir.
Hesabatda qeyd olunur ki, 2015-ci ildə Azərbaycana ÜDM-in artım tempi 1% zəifləyəcək. Maraqlıdır ki, proqnozu verərkən, hesabatın müəllifləri neftin orta qiymətini 55 dollardan götürüb. Bununla yanaşı, ekspertlər qeyd edir ki, 2016-cı ildə Azərbaycanda ÜDM-in artım tempi 1,7% təşkil edəcək.
Analitiklər hesab edir ki, iqtisadiyyatın artım tempinin zəifləməsini dövlət büdcəsinin xərclərini azaltmaqla kompensasiya etmək olar.
"Moody`s" Azərbaycana qeyri-neft sektorunu inkişaf etdirməyi tövsiyə edir: "Çünki bu sahənin inkişafı bank sektorunun birbaşa və dolayısı ilə inkişafına təkan verir".