Göygöldə 51 yaşlı qadın yanıb

Göygöldə 51 yaşlı qadın yanıb
# 24 iyul 2015 10:13 (UTC +04:00)

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Sveta Rüstəmova 2-ci və 3-cü dərəcəli yanıq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Qadının vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Yaxınlarının bildirdiyinə görə, S. Rüstəmova yanan sellofan örtüyü söndürmək istəyərkən ehtiyatsızlıqdan yanıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR