Zəlzələ nəticəsində Zərdab rayonunda binaların divarlarında çatlar yaranıb

Zəlzələ nəticəsində Zərdab rayonunda binaların divarlarında çatlar yaranıb
# 04 sentyabr 2015 13:16 (UTC +04:00)

Zərdab Rayon İcra Hakimiyyətinin birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Rəhman Feyzullayevin APA-nın yerli bürosuna verdiyi xəbərə görə, zəlzələdən sonra rayondakı bir çox fərdi yaşayış evinin, 9 məktəb binasının, 7 uşaq bağçasının və 8 tibb ocağının inzibati binalarının divarlarında çatlar əmələ gəlib, 50 metrlik su xətti isə sıradan çıxıb.

R. Feyzullayev hazırda həmin yerlərə baxış keçirildiyini və dəymiş ziyanla bağlı araşdırmalar aparıldığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR