“BP-Azerbaijan”: CQBK-nin genişləndirilməsi layihəsi üzrə işlər davam edir

“BP-Azerbaijan”: CQBK-nin genişləndirilməsi layihəsi üzrə işlər davam edir
# 18 noyabr 2016 11:06 (UTC +04:00)

2016-cı ilin üçüncü rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBKG) genişləndirilməsi layihəsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edir.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib. Şirkətdən bildirilib ki, təqribən 196 km uzunluğunda borular artıq qaynaq edilib, 177 km boru örtüklənib və 168 km boru xəndəyə endirilib: “Xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri irəliləməkdədir”.

Üçüncü rübdə Gürcüstan ərazisində də xəndəyin qazılması, boruların xəndəyə endirilməsi və düzülməsi işləri davam edib. Kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdədir. Məlumata görə, indiyədək 59 kilometrə yaxın boru qaynaq edilib və örtüklənib, 52 kilometrə yaxın boru isə xəndəyə endirilib: “Şərqi Kür ərazisində tunel tikintisi başa çatıb, boru kəmərinin inşasına isə bu ilin dördüncü rübündə başlanacaq”.

Qeyd edək ki, Gürcüstanda I kompressor stansiyasında işlər 80% tamamlanıb və 2017-ci ildə bitmək planına uyğun irəliləyir. II kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında isə işlərin 2018-ci ildə tamamlanması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR