Həyat yoldaşını bıçaqlayan şəxsə 8 illik həbs cəzası verilib

Həyat yoldaşını bıçaqlayan şəxsə 8 illik həbs cəzası verilib
# 23 noyabr 2016 12:14 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən İbrahim Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ. Əmirov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ. Əmirov aralarındakı münaqişə zəminində həyat yoldaşı Ruziyyə Əmirovaya bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan R. Əmirovanı xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR