Samuxda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Samux rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.