Hacıqabulda avtomobil piyadanı vuraraq ağır yaralayıb - YENİLƏNİB

Hacıqabulda avtomobil piyadanı vuraraq ağır yaralayıb - <span style="color: red;">YENİLƏNİB
# 23 sentyabr 2017 21:38 (UTC +04:00)

Hacıqabulda ağır xəsarət alan piyadanın kimliyi müəyyənləşdirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının 94-cü kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində “Mercedes” markalı avtomobil yolu keçən Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Xanəliyev Bünyat Musa oğlunu vuraraq ağır yaralayıb. Yaralı kəllə-beyin travması və sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

**** 21.53

Hacıqabulda piyadanın ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının 94-cü kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində “Mercedes” markalı avtomobil yolu keçən piyadanı vuraraq ağır yaralayıb. Yaralı kəllə-beyin travması və sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Adlar dəqiqləşdirilir.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR