Türkiyə otelləri qiymətlərini turoperatorlara rublla təqdim etməyə başlayıb

Türkiyə otelləri qiymətlərini turoperatorlara rublla təqdim etməyə başlayıb
# 01 fevral 2017 03:23 (UTC +04:00)

Türkiyədə otellər qiymətlərini turizm operatorlarına rublla təqdim etməyə başlayıb, “Denizbank”da isə rublla istənilən pul əməliyyatları keçirmək imkanı yaradılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Sberbank”ından bildirilib.

Bundan başqa, “Denizbank”ın bütün bankomatlarında rus dilində menyu əlavə edilib, bankın əlaqələndirilmə mərkəzinin əməkdaşları tərəfindən rus dilində məsləhətləşmələr də həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR