İran xarici işlər naziri Türkmənistanda səfərdədir

İran xarici işlər naziri Türkmənistanda səfərdədir
# 20 yanvar 2014 16:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkmənistanda səfərdədir. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, səfərdə məqsəd yanvarın 20-21-də Aşqabadda keçiriləcək İran-Türkmənistan Hökumətlərarası Komissiyanın 13-cü iclasında iştirak etməkdir. Nazir Məhəmməd Cavad Zərif bildirib ki, yığıncaqda iki ölkə arasında ikitərəfli və regionalı əməkdaşlığın inkişaf etdirilməsi əsas müzakirə mövzusudur. Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhaninin də Türkmənistana səfəri gözlənilir: “Bununla bağlı Türkmənistan prezidenti iranlı həmkarına dəvət məktubu göndərib və hazırda səfərə hazırlıq görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR