“Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası yeni aksiyaya start verir

“Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası yeni aksiyaya start verir
# 25 oktyabr 2013 13:08 (UTC +04:00)

Bakı – APA. Xocalı soyqırımının növbəti ildönümündə bu faciə haqqında daha dolğun və əhatəli informasiyanın yeni, maraqlı və kreativ ideyalar vasitəsilə dünya ictimaiyyətinə çatdırılması üçün öz təkliflərini təqdim etmək istəyən hər bir kəs kampaniyaya müraciət etməyə dəvət edilir.

İslam Konfransı Gənclər Forumundan APA-ya verilən məlumata görə, aksiyanın məqsədi Xocalıda baş verənlərin beynəlxalq səviyyədə soyqırımı kimi tanıtdırılması yolunda Xocalı faciəsi haqda məlumatların dünya ictimaiyyəti arasında daha geniş yayılması və akademik səviyyədə görüləcək işlərin miqyasının artırılmasından ibarətdir. Aksiyada həm Azərbaycan, həm də əcnəbi vətəndaşların iştirakı mümkündür.

Aksiyaya dəstək olmaq və iştirak etmək istəyən hər kəs öz təkliflər paketini elektron şəkildə 15 dekabr 2013-cü il tarixinədək [email protected] ünvanına göndərə bilər. Layihələr “Xocalıya Ədalət” kampaniyasının mütəxəssisləri tərəfindən qiymətləndiriləcək və yekunda seçilmiş təkliflərin təşəbbüskarları ilə görüş keçiriləcək.

Xatırladaq ki, "Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası 2008-ci il 8 may tarixində, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində fəaliyyətini uğurla həyata keçirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR