İrandan Azərbaycana qanunsuz dərman preparatlarının keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana qanunsuz dərman preparatlarının keçirilməsinin qarşısı alınıb
# 07 iyun 2014 07:41 (UTC +04:00)

Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Daxil olmuş qabaqlayıcı əməliyyat məlumatı əsasında Yardımlı rayonunun Avaş kəndi yaxınlığında, dövlət sərhəd xəttindən 200 metr məsafədə ağacların arasında gizlədilmiş halda Hindistan və İran istehsalı olan “Veltram-200”, “Alltram-200”, “Tramagelzik”, “Metadone-20”, “Metadone-40” markalı hər birində 10 həb olan 13190 ədəd “konvolüt” tipli dərman preparatı bağlamaları aşkar olunub.

Dərman preparatlarını qanunsuz yolla dövlət sərhədindən keçirməyə cəhd edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR