Gürcüstanda əhalinin siyahıya alınmasına hazırlıq görülür

Gürcüstanda əhalinin siyahıya alınmasına hazırlıq görülür
# 20 mart 2014 20:05 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda əhalinin siyahıya alınmasına hazırlıq işləri aparılır.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, “Qruzstat”ın məlumatına görə, bu gündən etibarən Kvemo-Kartli (Borçalı) bölgəsində əhalinin siyahıya alınmasına hazırlıq işləri başlayıb.

Siyahıya alınmanı aparmaq üçün qeydiyyat aparan 389 nəfərlik işçi heyət hazırlanıb. Onlar siyahıya alınmanı 14 günə başa çatdırmalıdır.

Qeyd edək ki, siyahıya alınma işlərinə hazırlıq artıq Tiflisdə, Acarıstanda, Quriyada, Kaxetidə, Sameqreloda, Şida Kartlidə və Samsxe-Cavaxetidə sona çatıb.

Gürcüstanda siyahıyaalma 2014-cü il noyabrın 5-dən 19-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR