Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Heydər Əliyev prospektində baş verən yol qəzası ilə bağlı sürücülərə müraciət edib - FOTO - YENİLƏNİB

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Heydər Əliyev prospektində baş verən yol qəzası ilə bağlı sürücülərə müraciət edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 18 iyun 2014 07:40 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, Heydər Əliyev prospektində - əsas yolda (Bağırov körpüsünün yaxınlığı) “Koroğlu” metrosu istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - kənar yoldan istifadə etmələri tövsiyə olunur.

***

Saat 10.10

Bakı. Hafiz Heydərov - APA. Bakının Heydər Əliyev prospektində zəncirvari qəza baş verib.

APA-nın xəbərinə görə, “Mercedes” “BMW” və “Toyota-Prado” markalı avtomobillərin toqquşması nəticəsində yolda böyük tıxac yaranıb. Yol polisi üzü şəhər istiqamətində nəqliyyatın hərəkətini tənzimləməyə çalışsa da, şəhərdən “Koroğlu” metrosu istiqamətində hərəkət tam dayanıb.

Qəza zamanı xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR