“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqiblərindən 10-u dəqiqləşib

“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqiblərindən 10-u dəqiqləşib
# 12 may 2014 10:23 (UTC +04:00)

Bakı – APA. Çempionlar Liqasının 2014/15 mövsümünün ilk 2 təsnifat mərhələsində çıxış edəcək 37 klubdan 30-u müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu komandalardan 10-u Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ”ın potensial rəqibidir.

I təsnifat mərhələsinin 6 komandasından yalnız biri bəlli deyil. Bu siyahıya sonuncu olaraq Ermənistan çempionu “Banants” da qoşulub. Artıq ən zəiflər sırasında təkcə San-Marinonun ən yaxşısı bilinmir.

Bu mərhələnin 3 qalibinin də qoşulacağı nisbətən güclü 31 çempiondan isə altısının – Polşa, Serbiya, Lüksemburq, Monteneqro, Macarıstan və Sloveniya təmsilçilərinin kimliyi dəqiqləşməyib. Digər 25 ölkənin çempionlarından 11-nin püşk zamanı səpələnmiş, 10-nun səpələnməmiş olacağı indidən məlumdur.

Güclülərin səbətində yer alacaq “Qarabağ”ın 10 potensial rəqibi sırasına “Stromsqodset” (Norveç), “Reykyavik” (İslandiya) və “Rabotniçki” (Makedoniya) də əlavə olunub. Bu “onluğ”a I təsnifat mərhələsinin 3 qalibi, Lüksemburq və Monteneqro çempionları da qoşulacaq. Sloveniya və Macarıstanda indiki liderlərin müvafiq olaraq, “Maribor”la “Debretsen”in qalib gələcəyi halda, “Dinamo” (Gürcüstan) və “Malmö” (İsveç) potensial rəqiblərimizdən olacaq.

I təsnifat mərhələsi

Səpələnmişlər

“Torshavn” (Farer adaları), “Levadiya” (Estoniya), “Santa Koloma” (Andorra)

Səpələnməmişlər

“Linkoln” (Cəbəllütariq), “Banants” (Ermənistan), San-Marino çempionu

II təsnifat mərhələsi

Səpələnmişlər

“Sytaua” (Rumıniya), “Seltik” (Şotlandiya), BATE (Belarus), “Sparta” (Çexiya), “Dinamo” (Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Makkabi” (Təl-Əviv. İsrail), “Şerif” (Moldova), “Slovan” (Slovakiya), “Aktobe” (Qazaxıstan), “Ventspils” (Latviya), “QARABAĞ” (AZƏRBAYCAN), HİK (Finlandiya), Polşa və Serbiya çempionları

Səpələnməmişlər

“Stromsqodset” (Norveç), “Reykyavik” (İslandiya), “Sent Patriks” (İrlandiya), TNS (Uels), “Skenderbeu” (Albaniya), “Zrinski” (Bosniya və Hersoqovina), “Valletta” (Malta), “Rabotniçki” (Makedoniya), “Jalgiris” (Litva), “Kliftonvill” (Şimali İrlandiya), Lüksemburq və Monteneqro çempionları, I təsnifat mərhələsinin 3 qalibi

Qeyri-müəyyənlər

“Dinamo” (Gürcüstan), “Malmö” (İsveç), Macarıstan, Sloveniya

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR