Kolumbiyada 20 yaşlı silahlı gənc gecə klubunda 8 nəfəri qətlə yetirib

Kolumbiyada 20 yaşlı silahlı gənc gecə klubunda 8 nəfəri qətlə yetirib
# 10 noyabr 2013 04:26 (UTC +04:00)

Bakı-APA. Kolumbiyanın Kali şəhərində gecə klubunda törədilmiş atışma nəticəsində 8 nəfər ölüb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, 20 yaşlı silahlı gənc bara daxil olaraq insanlara atəş açmağa başlayıb. Məlumata görə, ölənlərin əksəriyyəti şəhərdə fəaliyyət göstərən cinayətkar qruplardan birinin üzvləri olub. Ölənlər arasında yerli prokurorluğun əməkdaşının olduğu bildirilir. İlkin versiyaya görə, qətliama səbəb məhz yerli cinayətkar qrupların fəaliyyəti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR