Bank Of Baku

Alban-Udi dini icmasının nümayəndələri Xudavəng monastır kompleksini ziyarət ediblər - FOTO - YENİLƏNİB

Alban-Udi dini icmasının nümayəndələri Xudavəng monastır kompleksini ziyarət ediblər - FOTO  - YENİLƏNİB
# 28 sentyabr 2026 16:33 (UTC +04:00)
0:00 / 0:00
80%

Azərbaycan Alban-Udi xristian dini icmasının nümayəndələri Kəlbəcər rayonunda yerləşən Xudavəng monastır kompleksini ziyarət ediblər.

APA-nın yerli müxbiri xəbər verir ki, ziyarət zamanı dini icmanın üzvləri kompleks ərazisində şamlar yandırıb, dualar oxuyub, şəhidlərin xatirəsini anıblar.

İcma nümayəndəsi Rafiq Rami bildirib ki, 2020-ci ildən sonra icma üzvləri hər il azad edilmiş ərazilərdə yerləşən dini abidələri ziyarət edirlər.

O qeyd edib ki, Xudavənglə yanaşı, azad edilmiş ərazilərdəki digər monastır və kilsələrə, həmçinin Ağdam Cümə məscidinə də səfərlər təşkil ediblər.

R.Rami deyib ki, Xudavəngə budəfəki ziyarət zamanı ayinlər Udi dilində, yəni qədim Qafqaz Alban dilində icra edilib.

Dini icmanın üzvü Romen Callati isə bildirib ki, 2020-ci ildən etibarən azad edilmiş ərazilərdəki monastır və kilsələri ziyarət edirlər. Onun sözlərinə görə, hər səfər zamanı şəhidləri anır, şamlar yandırır və dualar oxuyurlar.

R.Callati vurğulayıb ki, Qafqaz Albaniyasının irsi yalnız Udi icmasının deyil, bütövlükdə Azərbaycanın irsidir.

***

12.38

Azərbaycan Alban-Udi xristian dini icmasının nümayəndələri Kəlbəcər rayonunda yerləşən Xudavəng monastır kompleksini ziyarət ediblər.

APA-nın yerli müxbiri xəbər verir ki, icma nümayəndələri kompleks ərazisində dini ayinlər icra ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR