FHN-in idmançısı Azərbaycan kubokunu qazanıb

FHN-in idmançısı Azərbaycan kubokunu qazanıb
# 22 iyul 2015 10:52 (UTC +04:00)

Bakı - APA. Mərdəkan Şağan İdman Olimpiya Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında sambo idmanı üzrə Azərbaycan kuboku çempionatı keçirilib.

FHN İdman-Sağlamlıq Klubundan APA-ya verilən məlumata görə, çempionatda 32 komanda və 500-ə yaxın idmançı iştirak edib.

Yarışda FHN-in komandasının üzvü Elçin Heybətov 81 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR