Maradona plastik əməliyyat olub

Maradona plastik əməliyyat olub
# 12 fevral 2015 09:55 (UTC +04:00)

Bakı – APA. Əfsanəvi futbolçu Dieqo Armando Maradona plastik əməliyyat olub. Apasport.az saytı xəbər verir ki, argentinalı dünya çempionu bu addımı gənc görünmək üçün atıb.

55 yaşlı futbol mütəxəssisi 24 yaşlı rəfiqəsi Rosio Olivaya xoş görünmək üçün üz dərisini dartdırıb və gözlərinin altındakı şişlərdən azad olub. Həmçinin həkimlər onun sifət dərisini də lazerlə gəncləşdiriblər. Əməliyyatdan sonra kameralar önünə keçən Maradona Oliva ilə birlikdə şəkil çəkdirib.

Qeyd edək ki, 4 övlad atası olan Dieqo Maradona sevgilisi Rosio Oliva ilə fevralın 14-də, Sevgililər Günündə evlənməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR