Dağıstanda avtobusun dərəyə yuvarlanması nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb

Dağıstanda avtobusun dərəyə yuvarlanması nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb
# 08 iyul 2014 18:25 (UTC +04:00)

Bakı-APA. Dağıstanda bu gün axşam saatlarında sərnişin avtobusu dərəyə aşıb, nəticədə 3 nəfər ölüb, 11 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza bu gün 18.30 radələrində respublikanın Çarodinski rayonunda baş verib. Nəticədə avtobus dərədən yuvarlanaraq Qaralazurge çayına düşüb.

Ölənlərin arasında azyaşlı uşağın olduğu bildirilir. Xəsarət alan 11 sərnişin xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR