Akif Əlizadə: “Elmi işlərə cəlb edilmə ilə bağlı çıxış yolu tapılmalıdır”

Akif Əlizadə: “Elmi işlərə cəlb edilmə ilə bağlı çıxış yolu tapılmalıdır”
# 04 mart 2015 15:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Elmi işlərə cəlb edilmə ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində müəyyən danışıqlar aparılmalı və çıxış yolu tapılmalıdır”.

APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA prezidenti Akif Əlizadə mövcud vəziyyətin ürəkaçan olmadığını deyib.

A. Əlizadə deyib ki, AMEA-nın Rəyasət Heyətində gəncləri elmə cəlb etmək üçün bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirmək vacibdir: “Lakin bu tədbirlərin hansı formada reallaşması birgə müzakirələr nəticəsində məlum ola bilər”.

AMEA-nın I vitse-prezident İsa Həbibbəyli isə elmi institutlardakı gəncləşmə probleminə toxunub. O qeyd edib ki, bu problem istər Bakıda, istərsə də Naxçıvanda hiss olunur: “Elmi sahədəki gəncləşmə probleminin həvəsləndirmə, stimullaşdırma yolu ilə həll etmək mümkündür. Misal olaraq, Naxçıvan Dövlət Universitetinin sonuncu kurs tələbələrini elmi təşkilatlara işə cəlb etmək lazımdır. Bunu Gəncədəki elmi bölməyə də şamil etmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR