Biləsuvar rayonunda 28 yaşlı kişi qətlə yetirilib

Biləsuvar rayonunda 28 yaşlı kişi qətlə yetirilib
# 25 avqust 2014 07:49 (UTC +04:00)

Biləsuvar Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Çayırlı kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Kamran Kamal oğlu Hüseynli aralarında yaranan münaqişə zəminində 1986-cı il təvəllüdlü Elşən Təzəxan oğlu Astanovu bıçaqlayaraq qətlə yetirib.

Qətl hadisəsini törədən K. Hüseynli tutulub

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR