Gəncədə 89 yaşlı kişi özünü bıçaqlayıb

Gəncədə 89 yaşlı kişi özünü bıçaqlayıb
# 18 aprel 2015 08:23 (UTC +04:00)

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Nəriman Nərimanov prospektində yaşayan, 1926-cı il təvəllüdlü Hüseyn Əsəd oğlu Sadıqov qarın nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

H. Sadıqov əməliyyat olunub, vəziyyəti normal qiymətləndirilir.

O, xəstəxanada özü özünə bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR