Gürcüstanda 95 yaşlı azərbaycanlı şair-jurnalistin yubileyi qeyd olunub - FOTOSESSİYA

Gürcüstanda 95 yaşlı azərbaycanlı şair-jurnalistin yubileyi qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 02 avqust 2015 04:58 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Əslən Bolnisinin Qoçulu kəndində anadan olan şair-jurnalist Dünyamalı Kərəm oğlu Əliyevin azərbaycanlıların kompakt yaşadığı Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) və Gürcüstan Azərbaycanlı Jurnalistlər Biliyinin təşəbbüsü və təşkilatçılığı ilə 95 illik yubileyi qeyd olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Azərbaycandilli "Regionpress" qəzetinin redaktoru Binnət Əlioğlu açıb. Sonra tədbirdə çıxış edən Nizami Zillioğlu qocaman şair-jurnalistin həyat və yaradıcılıq yolundan söhbət açıb. Tədbirdə "Meydan" jurnalının redaktoru Alxan Binnətoğlu, "Gürcüstan" qəzetinin redaktoru İslam Əliyev, jurnalist-yazıçılardan Emin Mahmudov, Elman Kələyev, Əli Abbas, professor Mahmud Kamaloğlu, Mirzə Maşov, Əziz Dəlivəlli, şairlərdən Güləmail Murad, Tahir Həkimli, Elbəyi Cəlaloğlu, Nizami Saraclı, Güllü Tomarova, Bəhram Mehdi, ziyalılardan Zahid Nəsibov, İsmayıl Həkimli, Gürcüstan parlamentinin sabiq deputatı Hidayət Hüseynli və başqaları çıxış edərək Dünyamalı Kərəm yaradıcılığının Azərbaycan və Gürcüstan dostluğunun inkişafında vacib rol oynadığını və 95 yaşlı jurnalistin gənc jurnalist kadrlarının yetişməsində olan əməyindən danışıblar.

Yubiley tədbirində qeyd olunub ki, Dünyamlı Kərəm 1920-ci il aprelin 28-də Borçalının Qoçulu kəndində anadan olub. O, ilk təhsilini doğma kəndində, orta təhsilini isə qonşu kənd orta məktəbində alıb.

1937-1940-cı illərdə Tiflisdəki Pedaqoji Məktəbdə təhsil alıb və bu maarif ocağını bitirdikdən sonra təyinatla İmirhəsən və Qoçulu kənd məktəblərində direktor vəzifəsində çalışıb.

D. Kərəm 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub və 1954-cü ildə universiteti bitirdikdən sonra bir müddət “Kommunist” qəzetində müxtəlif vəzifələrdə çalışıb, Dağıq Qarabağ üzrə xüsusu müxbir olub, sonra isə doğma vətəni Borçalıya qayıdıb. Gürcüstana qayıtdıqdan sonra Dünyamalı Kərəm 1961-ci ildən yenidən fəaliyyətə başlayan və müxtəlif fasilələrlə nəşr edilən “Sovet Gürcüstanı” qəzetində jurnalistlik fəaliyyətini davam etdirib. Dünyamalı Kərəm bu qəzetdə ən çox və eyni vəzifədə (məsul katib) çalışan bir jurnalist olub.

Qeyd olunub ki, Gürcüstanda Azərbaycan dilində nəşr olunan mətbuatın inkişafında və gənc jurnalistlərin yetişməsində Dünyamalı Kərəmin böyük rolu olub.

Tədbirdə aşıqlardan Aşıq Şahbaz Göycə və Aşıq Nargılə, Qara Qafqazlı Dünyamalı Kərəmin şeirlərinə həsr olunan mahnıları ifa ediblər.

Tədbirdə 95 yaşlı şair-jurnalist Gürcüstan Mədəniyyət Nazirliyinin, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin və Gürcüstan Jurnalistlər İttifaqının diplomları və AMM-in və Bolnis Mədəniyyət Mərkəzinin diplomları və Fəxri Fərmanları ilə təltif olunub və yubilyara hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR