Əli Əkbər Salehi: “ABŞ başda olmaqla Qərb dövlətləri region ölkələri arasında nifaq salmaqla regional inteqrasiyaya mane olmağa çalışır”

Əli Əkbər Salehi: “ABŞ başda olmaqla Qərb dövlətləri region ölkələri arasında nifaq salmaqla regional inteqrasiyaya mane olmağa çalışır”
# 06 mart 2013 00:11 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Fars körfəzi və Hörmüz boğazı strateji əhəmiyyətli olmaqla dünyanın ən mühüm nöqtələrindən biridir”. APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib. Onun sözlərinə görə, Yaxın Şərq və Fars körfəzi ölkələri xarici qüvvələrin təsiri altına düşmədən öz xalqlarının mənafeyi naminə əməkdaşıq yolunu tutmalıdırlar: “Hazırda bölgədə kənar qüvvələrin müdaxiləsi nəticəsində bəzi ictimai-siyasi hadisələr baş verir. Çünki Fars körfəzinin geosiyasi və geoiqtisadi xüsusiyyətləri, o cümlədən zəngin enerji resursları həmişə kənar qüvvələri tamaha salıb. Bu baxımdan həmin qüvvələr öz hərbi istilalarını bərqərar etmək və ya iqtisadi mənfəət əldə etmək üçün regionda qoşun yerləşdiriblər. Ona görə də region ölkələri arasındakı əməkdaşlığın inkişaf etdirilməsi vacibdir. Çünki ABŞ başda olmaqla, Qərb dövlətləri region ölkələri arasında nifaq salmaqla, regional inteqrasiyaya mane olmağa çalışır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR