İcbari Sığorta Bürosu: I rübdə zərərçəkmiş üçüncü şəxslərə 62 min manatdan artıq kompensasiya ödənilib

İcbari Sığorta Bürosu: I rübdə zərərçəkmiş üçüncü şəxslərə 62 min manatdan artıq kompensasiya ödənilib
# 16 aprel 2015 13:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin I rübündə İcbari Sığorta Bürosu (İSB) tərəfindən zərərçəkmiş üçüncü şəxslərə 62 250 manat ödəniş verilib.

APA-Economics”in məlumatına görə, bunu İcbari Sığorta Bürosunun (İSB) Kompensasiya və subroqasiya şöbəsinin müdiri Fatma Nuriyeva "Kompensasiya ödənişləri zamanı yaranan problemlər" mövzusunda görüşdə deyib.

Onun sözlərinə görə, kompensasiya ödənişlərinin həyata keçirilməsi sığorta bazarının canlanmasına təsir edən mühüm amillərdəndir.

F. Nuriyeva bildirib ki, büronun əhalini davamlı maarifləndirilməsinin nəticəsində ildən-ilə kompensasiya ödənişlərinin sayı artır: “Belə ki, əgər 2013-cü il üzrə cəmi 24 kompensasiya tələbi üzrə 54 391,5 manat məbləğində kompensasiya ödənişi verilibsə, 2014-cü ildə büroya bununla bağlı 81 müraciət daxil olub ki, bunlardan 253 276 manat kompensasiya ödənişi verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR