Maliyyə Nazirliyinin FARABI layihəsinin II mərhələsi 2015-ci ilin mayında başa çatacaq

Maliyyə Nazirliyinin FARABI layihəsinin II mərhələsi 2015-ci ilin mayında başa çatacaq
# 08 iyul 2014 07:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin (FARABI) tətbiqinin II mərhələsi 2015-ci ilin mayında başa çatacaqdır.

Bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, həyata keçirilən layihə Dünya Bankı tərəfindən dəstəklənir.

Sistem büdcə təşkilatlarında və büdcədən maliyyələşdirilən təşkilatlarda maliyyə və mühasibat uçotu hesabatlarının mərkəzləşdirilmiş qaydada, bulud texnologiyaları əsasında aparılmasını təmin edir. Layihə çərçivəsində sənədləşmə Milli Mühasibat Uçotu Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında aparılır.

II mərhələdə FARABİ layihəsinə daha 60 təşkilatın qoşulması nəzərdə tutulub. İlkin mərhələdə sistemə 39 büdcə təşkilatları və büdcədən maliyyələşdirilən təşkilatlar qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR