Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Cəmil Çiçəklə görüşüb

Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Cəmil Çiçəklə görüşüb
# 30 aprel 2013 16:58 (UTC +04:00)

Bakı – APA. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev başda olmaqla Qara Dəniz Ölkələrinin QHT Forumunun nümayəndə heyətini qəbul edib. QHT-lərə Dövlət Dəstəyi Şurasından APA-ya verilən məlumata görə, görüşdə 10 ölkənin QHT rəhbəri, o cümlədən Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov iştirak edib.

C. Çiçək forum üzvlərini Ankarada yenidən görməkdən məmnunluq ifadə edib və forumun işinə uğurlar arzulayıb. A. Quliyev və Türkiyənin millət vəkili İsmayıl Safi çıxış edərək Qara Dəniz QHT Forumunun beynəlxalq əhəmiyyəti, qarşıda duran vəzifələr və görüləcək işlər barədə öz fikirlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR