Rusiyada həbs olunan iş adamı Levon Ayrapetyana qarşı yeni ittiham irəli sürülüb

Rusiyada həbs olunan iş adamı Levon Ayrapetyana qarşı yeni ittiham irəli sürülüb
# 12 sentyabr 2014 15:01 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Moskva şəhərinin Basman məhkəməsində Rusiyada yaşayan və erməni lobbisinin məşhur nümayəndələrindən olan iş adamı Levon Ayrapetyana qarşı yeni ittiham irəli sürülüb. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, L. Ayrapetyan bu dəfə həm də dələduzluqda ittiham olunur.

Qeyd edək ki, bu il 24 iyul tarixində Rusiya İstintaq Komitəsi tərəfindən L. Ayrapetyana qarşı mənimsəmə və çirkli pulların yuyulması üzrə ittiham irəli sürülmüşdü.

Hazırda təcridxanada saxlanılan L. Ayrapetyan Dağlıq Qarabağda separatçılarının əsas sponsorlarından biri hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR