Dünya birjalarında qızıl 1 dollara yaxın ucuzlaşıb

 Dünya birjalarında qızıl 1 dollara yaxın ucuzlaşıb
# 02 iyun 2015 06:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,16% - 18 040,37 bəndədək, S&P 500 0,21% - 2 111,73 bəndədək, NASDAQ 0,25% - 5 082,93 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,44% - 6 953,58 bəndədək ucuzlaşıb, Fransa CAC-40-ı 0,35% - 5 025,30 bəndədək, Almaniya DAX-ı 0,19% - 11 436,05 bəndədək bahalaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,27% - 20 514,88 bəndədək, Hang Seng 0,74% - 27 392,64 ucuzlaşıb, Shanghai 0,04% - 5 078,39 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 0,60 dollar azalaraq 1 188,10 dollara, gümüş isə 0,04 dollar bahalaşaraq 16,72 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR