Somalinin paytaxtında güclü partlayış olub, ölənlər var

Somalinin paytaxtında güclü partlayış olub, ölənlər var
# 10 iyul 2015 19:45 (UTC +04:00)

Bakı-APA. Somalinin paytaxtı Moqadişo şəhərində güclü partlayış baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze paytaxt otellərinin birinin qarşısında minalanmış avtomobili partladıb.

İlkin məlumatlara görə, terror aktı nəticəsində azı 4 nəfər ölüb.

Hadisəyə görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməsə də, ehtimal olunur ki, partlayışı ölkədə fəaliyyət göstərən və “Əl-Qaidə” terror təşkilatı ilə bağlı olan “Əş-Şəbab” qruplaşması törədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR