Heydər Əliyevin 90 illiyi münasibətilə kitab sərgisi keçirilir - FOTOSESSİYA - APA TV

Heydər Əliyevin 90 illiyi münasibətilə kitab sərgisi keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">APA TV
# 03 may 2013 09:11 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşəbbüsü ilə Mərkəzi Elmi Kitabxana Fövqəladə Hallar Nazirliyində Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə kitab sərgisi keçirir.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli bildirib ki, Mərkəzi Elmi Kitabxananın əsas fəaliyyət istiqamətlərindən biri H. Əliyev irsinin tədqiqi və təbliğidir. Bu məqsədlə 2003-cü ildən kitabxananın nəzdində H. Əliyev irsinə həsr olunmuş ayrıca kitabxana təsis edilib.

H. Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab və jurnalların toplandığı kitabxana tərəfindən mütəmadi olaraq səyyar sərgilər təşkil edilir. A. Əliyeva-Kəngərlinin sözlərinə görə, səyyar kitab sərgiləri davamlı olaraq təşkil olunur.

Sərgilər müxtəlif qurumlarda keçirilir. Bu silsilədən olan növbəti sərgi isə bu gün FHN-in strukturları üçün təşkil olunub.

Sərgidə H. Əliyevin həyat və fəaliyyətini əks etdirən 1000-ə yaxın ədəbiyyat, həmçinin fotoşəkillər və videomateriallar nümayiş etdirilir.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev isə çıxışında H. Əliyevin həyat və fəaliyyətindən danışıb. Onun hakimiyyətdə olduğu dövrlərdə milli kadrların hazırlanmasına xüsusi diqqət yetirdiyini deyən E. Mirzəyev H. Əliyev irsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

E. Mirzəyev əlavə edib ki, kitablarla tanışlıq FHN-in gənc əməkdaşlarında H. Əliyev barədə daha geniş təəssüratlar yaradacaq.

Sonra tədbir iştirakçıları sərgilənən ədəbiyyatlarla tanış olublar.

Sərgi gün ərzində davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR