Azərbaycan məhsulları ABŞ-da keçirilən sərgidə təqdim olunub

Azərbaycan məhsulları ABŞ-da keçirilən sərgidə təqdim olunub
# 07 iyul 2014 07:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. ABŞ-ın Nyu-York şəhərində 60-cı Yay Beynəlxalq Qida və İçkilər Sərgisi keçirilib. Bu barədə “APA-Economics”ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) məlumat verilib.

Ənənəvi olaraq, Nyu-Yorkun Yakov Cavitz Mərkəzində hər ilin yay aylarında təşkil edilən sərgidə 1 300 yerli şirkət ilə yanaşı, 48 ölkədən 900-dən çox xarici şirkət iştirak edib.

Sərgidə Azpromo-nun dəstəyi ilə Azərbaycanın qida və meyvə şirələri istehsalçıları olan şirkətlərin məhsulları da nümayiş olunub. Üç gün davam edən sərgi çərçivəsində Azpromo-nun ABŞ-dakı nümayəndəsi tərəfindən Azərbaycan məhsullarının distributorları üçün ABŞ-ın Kaliforniya, Vaşinqton, Miçiqan, İllinoys, Nyu-York, Pensilvaniya və Virciniya ştatlarında fəaliyyət göstərən qida brokerləri, pərakəndə satış məntəqələrinə xidmət göstərən məhsul alıcıları və market sahibləri ilə görüşlər təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR