Bakının “Rabitə” klubu Çempionlar Liqasında 1/3 finala yüksəlib

Bakının “Rabitə” klubu Çempionlar Liqasında 1/3 finala yüksəlib
# 24 yanvar 2013 15:59 (UTC +04:00)

Bu gün voleybol üzrə Bakının “Rabitə” klubu Çempionlar Liqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Sərhədçi” Olimpiya Mərkəzində Fransanın “Kann” komandasını qəbul edib.


Oyun gözlənildiyi kimi, hazırda əla forma yığan Marçello Abbondanzanın komandasının tam üstünlüyü şəraitində keçib. İlk matçda 3:1 hesabı ilə qalib gələn “Rabitə” doğma divarlar arasında rəqibə heç 1 set də güzəştə getməyib – 3:0.

Nəticədə “Rabitə” Çempionlar Liqasının 1/3 finalına “Azərreyl”dən sonra yüksələn ikinci Bakı klubu olub. Onlar yarımfinal uğrunda Kazan “Dinamo”su ilə oynayacaqlar. İlk görüş fevralın 5-7-də Rusiyada, cavab qarşılaşması 1 həftə sonra ölkəmizdə olacaq.


Çempionlar Liqası
I pley-off mərhələsi, cavab oyun

24 yanvar
“Rabitə” (Azərbaycan) -“Kann” (Fransa) - 3:0 (25:19; 25:18; 25:17)

İlk oyun
“Kann” (Fransa) - “Rabitə” (Azərbaycan) - 1:3 (17:25, 25:15, 19:25, 19:25)

Qeyd edək ki, “Azərreyl”in növbəti mərhələdə rəqibi bu gün baş tutacaq “Yamamay” (İtaliya) – “Sveriner” (Almaniya) görüşündən sonra bilinəcək. İlk matçda ikincilər 3:2 hesabı ilə qalib gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR