İsveçrə şirkəti dünyanın ən bahalı saatını buraxıb

İsveçrə şirkəti dünyanın ən bahalı saatını buraxıb
# 09 mart 2012 14:49 (UTC +04:00)
Bakı - APA-Economics. İsveçrənin “Hublot” şirkətinin rəhbəri Jan Klod Biver dəyəri 5 mln. dollar olan saatların buraxılışına başladıqlarını elan edib.

APA-Economics”in xəbərinə görə, model 1,2 min brilyantla bəzədilib. Onlardan altısının çəkisi 3 karatdan artıqdır.

Jan Klod Biver qeyd edib ki, bu, dünyada ən bahalı saat modelidir. “Hublot” şirkəti saatlardan başqa, üzüklər və kişi köynəkləri üçün taxma düymələrin satışına da başlamaq niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR